Zelenski: Müharibəni sona çatdıracaq sülh planı hazırlanıb


Ukrayna Prezidenti Volodimir Zelenskiy bildirib ki, Rusiya-Ukrayna müharibəsini sona çatdıracaq sülh planı üzərində ABŞ tərəfi ilə birlikdə işləyirlər. Zelenski qeyd edib ki, işlər Cenevrə sənədinə əsaslanırdı və sülh planı sonradan hazırlanıb.

Zelenski Telegram hesabında etdiyi paylaşımında bildirib ki, Vaşinqton administrasiyasının Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün hazırladığı sülh planına dair danışıqlar ABŞ-da aparılır.

ABŞ-dakı görüşlərə qatılan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Katibi Rüstəm Umerovun rəhbərlik etdiyi heyəti qəbul edərək məlumat aldığını bildirən Zelenski telefonda müzakirə olunmayan məsələləri üzbəüz görüşdə müzakirə etdiklərini qeyd edib.

Zelenski Umerovun ABŞ rəsmiləri ilə sülh planı üzərində işlədiyini və bu görüşlərdə Ukrayna üçün əsas məsələlər barədə ABŞ tərəfini məlumatlandırdığını vurğulayıb.

O həmçinin son iki gündə Avropada apardığı görüşlər barədə heyəti məlumatlandırdığını bildirərək, “Rusların Amerikan tərəfi ilə keçirəcəkləri görüşlərə hazırlıq məqsədilə yeni dezinformasiya kampaniyaları başladığını qeyd etmək istəyirik” deyib.

ABŞ tərəfi ilə yaxın əməkdaşlıq içində işləri davam etdirmək üçün heyətə göstəriş verdiyini bildirən Zelenski, döyüş xəttindəki inkişaflarla bağlı müttəfiqləri məlumatlandırmağa davam edəcəklərini vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu