Zelenski NATO üzvlüyü müqabilində istefa verməyə hazırdır

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, sülh üçün lazım gələrsə, postundan istefa verə bilər.
Zelenski mətbuat konfransında ABŞ və NATO ilə bağlı açıqlamalar verib.
Zelenski bəyan edib ki, Ukraynada sülhü təmin etmək üçün prezident postundan istefa verməyə hazırdır və belə bir fürsət olarsa, NATO-ya üzvlük müqabilində istefa verəcək.
Zelenski bildirib ki, ABŞ, Rusiya və Avropa ölkələri Ukrayna ilə birlikdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarında iştirak etməlidir.
Sabah Kiyevdə sammit keçiriləcəyini bildirən Zelenski, 13 tərəfdaşın Kiyevə gələcəyini və 24-də onlayn şəkildə görüşə qatılacağını bildirib.
Prezident Donald Trampın iddia etdiyi məbləğdə ABŞ-a borclu olmadıqlarını vurğulayan Zelenski, Ukraynanın ABŞ-dan 350 milyard deyil, 100 milyard dollar yardım aldığını bildirib.
Zelenski həm ABŞ, həm Ukrayna, həm də xalqı üçün sərfəli bir müqavilənin imzalanmasının vacibliyini bildirib və təhlükəsizlik zəmanətlərinin yalnız ABŞ-ın sözləri ilə deyil, açıq şəkildə müqaviləyə daxil edilməsinin vacibliyini vurğulayıb.
Zelenski qeyd edib ki, əsas məqsəd Putini müharibənin qaynar fazasına son qoymağa məcbur etməkdir.
Prezident Zelenski deyib ki, Trampın “diktator” ifadəsini işlətməsindən inciməyib, çünki o, “diktator” deyil.
Zelenski Rusiya-Ukrayna müharibəsi səbəbiylə tətbiq edilən sanksiyalar çərçivəsində dondurulan Rusiya aktivlərinə də toxunaraq, "Dondurulmuş Rusiya aktivləri bizim pulumuzdur. Bizim pulumuzdur, bizim və tərəfdaşlarımızın deyil" deyib.