Zelenski sülh planı üçün bu ay ABŞ-də Trampla görüşəcək


Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov Prezident Volodimir Zelenskinin Rusiya–Ukrayna müharibəsini bitirmək məqsədilə hazırlanmış sülh planı çərçivəsində Prezident Donald Trampla görüşmək üçün ABŞ-a gedəcəyini açıqlayıb.

Umerov sosial media hesablarında yayımladığı açıqlamada Ukrayna və ABŞ-dan yüksək səviyyəli rəsmilərin İsveçrənin Cenevrə şəhərində sülh planı ilə bağlı məhsuldar və konstruktiv danışıqlar apardıqlarını bildirib.

Umerov ABŞ Prezidenti Trampın müharibəni dayandırmağa dair qətiyyətli səylərini yüksək qiymətləndirdiklərini vurğulayaraq “Cenevrə danışıqlarında razılaşmanın əsas şərtlərinə dair ortaq anlayışa nail olundu. Artıq növbəti mərhələlərdə avropalı tərəfdaşlarımızın dəstəyinə ümid edirik. Zelenskinin bu ay mümkün olan ən erkən tarixdə ABŞ-ı ziyarət etməsini və Trampla son addımları ataraq bir anlaşmaya nail olmasını səbirsizliklə gözləyirik” deyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu