Zelenski: Trampla görüşdə baş verənlərdən təəssüflənirəm

Vladimir Zelenski fevralın 28-də ABŞ prezidenti Donald Trampla görüşdə baş verənlərdən təəssüfləndiyini bildirib, lakin yenə də Ağ Ev rəhbərindən üzr istəməyib.
"Cümə günü Vaşinqtonda Ağ Evdə görüşümüz planlaşdırıldığı kimi getmədi. Bunun belə olması utancvericidir. Bunu düzəltməyin vaxtıdır" - deyə o, X sosial şəbəkə hesabında yazıb.
Zelenskinin sözlərinə görə, Ukrayna gələcək əməkdaşlıq və ünsiyyətin konstruktiv olmasını istəyir. "Mineral ehtiyatlar və təhlükəsizlik üzrə sazişə gəlincə, Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır”, - deyə o əlavə edib.