Zelenski seçkilərin keçirilməsinə hazır olduğunu açıqladı

Vladimir Zelenski artıq seçki keçirmək istədiyini bildirib.
“Seçkilər artıq keçirilsəydi, şad olardım. Bu mövzunu bitirmək üçün, çünki bu mövzu dava-dalaşdan, siyasi çağırışlardan, plakatlardan və sairdən başqa heç nə vermir. Əsas odur ki, mənə müharibəni bitirmək və ondan əvvəl dövləti parçalamamaq imkanı versinlər”, - deyə o, jurnalistlərlə görüşündə sualları cavablandırıb.
Avqustun 18-də ABŞ prezidenti Donald Trampla görüşdə də Zelenski deyib ki, o, seçkiləri keçirməyə hazırdır, ancaq atəşkəs əldə olunarsa.
Zelenskinin səlahiyyətləri 2024-cü il mayın 20-dən sonra rəsmən başa çatıb. O vaxtdan bəri ölkədə prezident seçkiləri keçirilməyib. Buna səbəb isə Ukraynanın müharibə şəraitində olmasıdır.