Abbas Əraqçi: İnfrastruktura hücum olsa, məhdudiyyət olmayacaq



İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin İranın infrastrukturuna təşkil etdiyi hücuma cavab olaraq ötən gecə qisas əməliyyatı keçirdiklərini və bunun hərbi güclərinin yalnız kiçik bir hissəsi olduğunu bildirib.

AFN.az xəbər verir ki, nazir infrastrukturun yenidən hədəf alınacağı təqdirdə artıq heç bir məhdudiyyət qoymayacaqlarını bəyan edib. Araqçi İsrailin İranın enerji infrastrukturuna hücumları ilə bağlı "X" sosial media platformasında qiymətləndirmə aparıb. "Ötən gecə İsrailin infrastrukturumuza yönəlmiş hücumlarına verdiyimiz cavab gücümüzün kiçik bir parçası idi" ifadəsini işlədən Əraqçi, bu təmkinli davranışın yeganə səbəbinin gərginliyin azaldılması çağırışlarına hörmətlə yanaşmaq olduğunu qeyd edib.

Nazir xəbərdarlıq edərək bildirib ki, infrastrukturlarına yenidən hücum təşkil olunarsa, artıq heç bir məhdudiyyət tətbiq edilməyəcək. Əraqçi qeyd edib ki, müharibənin dayandırılması üçün mülki yaşayış sahələrinə dəymiş ziyanın aradan qaldırılması mütləqdir.

Qeyd edək ki, bu bəyanat İsrailin İranın nəhəng Cənub Pars (South Pars) qaz yatağına hücumundan sonra səslənib. Buna cavab olaraq İranın Qətərdəki Ras Laffan qaz kompleksini və digər qonşu ölkələrdəki enerji obyektlərini hədəf aldığı bildirilir. Bu qarşılıqlı zərbələr artıq qlobal enerji bazarlarında təbii qaz və neft qiymətlərinin kəskin artmasına səbəb olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu