İsrail İranın “Cənub Pars” qaz yatağını vurdu

İran mediası İsrailin ölkənin cənubundakı ən böyük təbii qaz yatağı olan “Cənub Pars”a zərbə endirdiyini bildirib.
İsrailin İran ərazisindəki intensiv hücumları davam edir.
İran mediası İsrailin cənubda yerləşən Büşəhr əyalətindəki “Cənub Pars” təbii qaz yatağının infrastrukturuna hücum etdiyini və obyektin bəzi hissələrində yanğın baş verdiyini qeyd edib.
Xəbərdə bildirilib ki, İranın ən böyük təbii qaz obyektlərindən biri olan “Cənub Pars” yatağında baş verən yanğını söndürmək üçün yanğınsöndürən briqadalar işlərini davam etdirir.
Yerli mənbələr və hadisə şahidlərinin sözlərinə görə, hücum pilotsuz uçuş aparatına bənzər kiçik hava vasitəsi ilə həyata keçirilib.