CNN: İsrail İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşır


CNN-in məlumatına görə, ABŞ İsrailin İranın nüvə obyektlərinə hücum edə biləcəyinə dair yeni kəşfiyyat məlumatları əldə edib.



CNN-in mövzu ilə bağlı məlumatlı ABŞ rəsmilərinə istinadən verdiyi xəbərə əsasən, İran və ABŞ arasında nüvə danışıqları davam etdiyi bir vaxtda İsrailin İrana qarşı hərbi əməliyyata hazırlaşdığı iddia edilir.



Rəsmilər bildiriblər ki, İsrailin hücuma qərar verməsi, Tehranla Vaşinqton arasında aparılan nüvə danışıqlarının nəticəsindən asılı olacaq.



Bir rəsmi bildirib ki, İsrailin İranın nüvə obyektlərinə hücum ehtimalı əhəmiyyətli dərəcədə artıb.



Eyni zamanda, həmin rəsmi əlavə edib ki, ABŞ-ın İranın uranı zənginləşdirməsinə imkan verməsi halında İsrailin hücuma keçmə ehtimalı daha da real görünür.



Digər tərəfdən, İsrailli bir mənbə bildirib ki, əgər ABŞ İranla İsrailin qəbul edə bilməyəcəyi pis bir razılaşma əldə edərsə, İsrail hərbi əməliyyata hazırdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu