İranın İsrailə hücum hazırlığında fəallığı müşahidə edilir


İran bu ilin aprelində İsrailə zərbə endirməzdən əvvəl etdiyi hərəkətlərə bənzər fəallıq nümayiş etdirir.


AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı Amerika və İsrail mənbələrinə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, Hizbullah və İranın hücumları, ehtimal ki, İranın aprel ayında həyata keçirdiyi hücumlardan daha böyükdür və İsrailin mərkəzində, o cümlədən mülki əhali mərkəzlərinin yaxınlığındakı hərbi hədəflərə raketlər və pilotsuz uçuş aparatları atılacaq.

Eyni zamanda, vurğulanıb ki, İran tərəfi Fələstinin radikal HƏMAS hərəkatının lideri İsmayıl Haniyəni İsrailin məhv etməsinə reaksiyanın mahiyyəti ilə bağlı hələ də konsensusa malik deyil. Güman edilir ki, Tehran fikrini dəyişə və regionda vəziyyəti gərginləşdirməkdən imtina edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu