Media: Atəşkəsin uzadılmasını İran tələb etməyib



İranın ABŞ ilə əldə olunmuş atəşkəsin müddətinin uzadılması ilə bağlı hər hansı tələbinin olmadığı bəyan edilib.

AFN.az xəbər verir ki, İranın “Tesnim” xəbər agentliyində yer alan məlumatda rəsmi Tehranın ABŞ ilə varılan atəşkəs rejiminin uzadılması istiqamətində heç bir müraciət etmədiyi vurğulanıb.

Xəbərdə həmçinin qeyd olunub ki, Hörmüz boğazında blokadanın davam etməsi ABŞ-ın İrana qarşı düşmənçilik siyasətini sürdürdüyü mənasına gəlir. İran tərəfi dəniz blokadası tətbiq olunduğu müddətcə Hörmüz boğazını açmayacağını qəti şəkildə diqqətə çatdırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu