ABŞ İranla əlaqəli kriptovalyutanı dondurdu



ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiya qərarlarını qüvvəyə mindirib. 

AFN.az xəbər verir ki, Maliyyə naziri Skott Bessent bu çərçivədə İranla əlaqəli 344 milyon dollar dəyərində kripto aktivin dondurulduğunu açıqlayıb.

Bessent sosial media hesabındakı paylaşımında "İqtisadi Qəzəb" (Economic Fury) əməliyyatı çərçivəsində Tehranın vəsait toplamaq, köçürmək və ölkəyə geri qaytarmaq qabiliyyətini sistematik olaraq zəiflətməyə davam edəcəklərini vurğulayıb.

Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) İran ilə əlaqəli çoxsaylı kripto pul kisəsinə sanksiya tətbiq etdiyini bildirən Bessent, bunun 344 milyon dollar dəyərində kriptovalyutanın dondurulması ilə nəticələndiyini qeyd edib. Nazir həmçinin "Tehranın ölkə xaricinə çıxarmaq üçün çarəsizcə çalışdığı pulun izini nəzarətdə saxlayacaq və rejimlə əlaqəli bütün maliyyə arteriyalarını hədəf alacağıq" ifadəsini işlədib.

Maliyyə Nazirliyinin məlumatına görə, "İqtisadi Qəzəb" çərçivəsində saxta şirkətlər kimi ənənəvi sanksiyadan yayınma vasitələri ilə yanaşı, rəqəmsal aktivlər kimi innovativ texnologiyalardan sui-istifadə halları da hədəfə alınır.

Blokçeyn analiz mütəxəssisləri ilə aparılan araşdırmalar nəticəsində ABŞ-ın İranla maddi əlaqələrə işarə edən tapıntılar aşkar etdiyini deyən rəsmi şəxslər, bura İrandakı kriptovalyuta birjaları ilə təsdiqlənmiş əməliyyatların və İran Mərkəzi Bankı ilə əlaqəli pul kisələri ilə qarşılıqlı əlaqədə olan vasitəçi ünvanların daxil olduğunu bildiriblər.

İddia olunur ki, İran Mərkəzi Bankı rəqəmsal aktivlərdən istifadə edərək transsərhəd əməliyyatlarda öz rolunu gizlətmək üçün daha mürəkkəb üsullara əl atır.

Bundan əlavə, OFAC İranın ən böyük müştərilərindən biri olan və milyardlarla dollar dəyərində İran nefti satın alan Çin mərkəzli "Hengli Petrochemical" müstəqil neft emalı zavodunu da sanksiya siyahısına salıb. Eyni zamanda, İranın kölgə donanması ilə əlaqəli təxminən 40 gəmiçilik şirkəti və gəmilərə də yeni sanksiyalar tətbiq edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu