Ər-Riyad seçkilərə qədər İsraillə münasibətləri normallaşdırmayacaq


Səudiyyə Ərəbistanı rəhbərliyi bu payız yəhudi dövlətində keçiriləcək parlament seçkilərinə qədər İsraillə münasibətlərin normallaşdırılması istiqamətində heç bir addım atmayacaq.

AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.

Portalın qeyd etdiyinə görə, krallığın İsrail qarşısında qoyduğu əsas tələb müstəqil Fələstin dövlətinin yaradılmasına razılıq verilməsidir. Hazırkı İsrail hökuməti isə bu məsələdə olduqca sərt mövqe tutur. İrana qarşı hərbi əməliyyatlar və BƏƏ ilə dərinləşən ixtilaflar fonunda Səudiyyə Ərəbistanı İsraillə mümkün normallaşmaya daha skeptik yanaşmağa başlayıb.

Bundan əvvəl isə "Axios" Amerika rəsmilərinə istinadən xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Tramp müsəlman ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanının liderləri ilə danışıqlar zamanı onları İsraillə münasibətləri normallaşdırmağa və "İbrahim sazişləri"nə qoşulmağa çağırıb. Vaşinqtonun fikrincə, ABŞ-ın İranla sülh sazişi bağlamağa nail olacağı təqdirdə, krallıq bu addımı atmalıdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu