Fransada həddindən artıq istilər səbəbindən 7 nəfər ölüb



Fransada təsirini göstərən anomal istilər səbəbindən 8 vilayətdə xəbərdarlıq səviyyəsinin "narıncı" həddə qaldırıldığı açıqlanıb.

AFN.az xəbər verir ki, ölkənin meteorologiya xidməti "Meteo France" fəsil normalarından kifayət qədər yüksək olan hava temperaturu ilə əlaqədar xəbərdarlıq edib və gün ərzində istiliyin 36 dərəcəyə qədər yüksələcəyinin gözlənildiyini bildirib.

Fransa Hökumətinin sözçüsü Mod Brejon yerli televiziya kanalına müsahibəsində anomal istilər fonunda keçirilən idman yarışlarında 2 nəfərin öldüyünü, daha 5 nəfərin isə sərinləmək üçün girdiyi suda boğularaq həyatını itirdiyini diqqətə çatdırıb.

Fransa İdman və Gənclik naziri Marina Ferrari isə yaxın günlərdə hava şəraitinin gedişatından asılı olaraq bəzi idman tədbirlərinin təxirə salına biləcəyini bəyan edib.

İstilərin fəsadları bununla bitməyib. Paris-Nitsa marşrutu üzrə hərəkət edən qatar elektrik kəsilməsi səbəbindən təxminən 4 saat yolda qalıb və kondisioner sisteminin sıradan çıxması nəticəsində yüzlərlə sərnişin havasızlıqdan qorunmaq üçün heyət tərəfindən vaqonlardan kənara çıxarılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu