İran: Dondurulmuş aktivlərlə bağlı hər hansı bir məhdudiyyət yoxdur



İran Xarici İşlər Nazirliyi və Danışıqlar Heyətinin sözçüsü İsmayıl Bəqayi İranın dondurulmuş aktivlərinin sərbəst buraxılmasından sonra yalnız müəyyən məhsulların satın alınmasında istifadə ediləcəyi barədə iddialara münasibət bildirərək, dondurulmuş aktivlərlə bağlı heç bir məhdudiyyətin olmadığını söyləyib.

AFN.az xəbər verir ki, paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Bəqayi sözügedən vəsaitlərin ölkənin xeyrinə hansı sahə uyğun hesab edilərsə, o istiqamətdə də istifadə olunacağını ifadə edib.

İsveçrədə keçirilən görüşlərdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossi ilə bir araya gəlmədiklərini qeyd edən sözçü BAEA-nın ABŞ-İsrail hücumlarında zərər görmüş nüvə elektrik stansiyalarında təftişə başlaması ilə bağlı hər hansı bir proqramın olmadığını diqqətə çatdırıb.

Bəqayi həmçinin vurğulayıb ki, ABŞ anlaşma memorandumundakı öhdəliklərini yerinə yetirəcəyi təqdirdə İran da addımlar atacaq, əks halda birtərəfli qaydada öhdəliklərin icrası mövzu ola bilməz.

Nüvə məsələləri və sanksiyaların ləğv edilməsi istiqamətində danışıqlara başlanması üçün memorandumdakı öhdəliklərin yerinə yetirilməsinin vacibliyini qabardan Bəqayi İranın müdafiə potensialı və raket proqramının heç bir şəkildə müzakirələrdə dilə gətirilmədiyini və heç bir zaman da danışıqlar mövzusu olmayacağını sözlərinə əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu