Konqo 2027-ci ildə ilk fond birjasını açmağı planlaşdırır
Konqo Demokratik Respublikasının (KDR) hakimiyyəti ölkə tarixində ilk fond birjasının yaradılması üzərində işləyir. Layihənin 2027-ci ildə fəaliyyətə başlaması gözlənilir.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Gələcək Kinşasa Fond Birjasında qiymətli kağızlar həm Konqo frankı, həm də ABŞ dolları ilə yerləşdiriləcək. Ölkənin maliyyə naziri Dudu Fvamba bu addımı iqtisadiyyatın yüksək dollarlaşma səviyyəsi (bank depozitlərinin 95%-dən çoxu dollardadır) ilə əsaslandırıb.
Hökumət iyunun 18-də Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birjanın yaradılmasına dəstək məqsədilə əməkdaşlıq müqaviləsi imzalayıb. Dünyanın ən böyük kobalt və litiy tədarükçülərindən, həmçinin Afrikanın ən böyük mis istehsalçılarından olan KDR bu birja vasitəsilə dağ-mədən müəssisələrinə və digər sahələrə əlavə xarici investisiyalar cəlb etməyi hədəfləyir.

