ABŞ fond indeksləri rüsumların artırılmasından sonra ilk dəfə yüksəlib

Ticarət sektorundakı mənbələrin məlumatlarına görə, Nyu-York Fond Birjasının əsas indeksləri ABŞ administrasiyasının əlavə gömrük rüsumlarının tətbiqini elan etməsindən sonra ilk dəfə müsbət dinamika nümayiş etdirir.
"Dow Jones Industrial Average" ticarətin ilk dəqiqələrində 1359,84 bənd (3,58%) yüksələrək 39 325,44 bənd olub. "S&P 500" indeksi 171,91 bənd (3,4%) artaraq 5 234,16 bənd olub. "Nasdaq" elektron birja indeksi 581,98 bənd (3,73%) artaraq 16 185,24 bənd təşkil edib.
Aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Bundan sonra dünya ticarətində xeyli dəyişikliklər baş verib.