Nyu-York Fond Birjasında indekslər artıb
Nyu-York Fond Birjasında (NYSE) əsas indeks göstəriciləri yüksəlib.
AFN xəbər verir ki, “Dow Jones” sənaye indeksi 113,34 bənd (+0,40%) artaraq 28 308,49 bəndə, “Standard & Poor 500” indeksi 16,26 bənd (+0,47%) artaraq 3 443,17 bəndə, “Nasdaq” elektron birjasının indeksi də 37,61 bənd (+0,33%) artaraq 11 516,49 bəndə yüksəlib.
WTI markalı neftin noyabr fyuçersləri 0,48 faiz ucuzlaşaraq 41,50 ABŞ dollarından, qızıl isə 0,11 faiz ucuzlaşaraq 1 913,20 ABŞ dollarından satılıb.