Qlobal bazarlarda gözlər FED-ə çevrildi
ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələcək pul siyasəti ilə bağlı qeyri-müəyyənliklər aktiv qiymətləri üzərində təsirini davam etdirir.
AFN.az-ın Anadolu Ajansına istinadən verdiyi xəbərə görə, bank keçən həftə siyasət faizini dəyişməz saxlasa da, faiz artırmağa davam edə biləcəyini bildirib. FED il sonu siyasət faizini yüzdə 5,6 olaraq proqnozlaşdırsa da, ilin sonuna qədər iki faiz artım ehtimalını qiymətləndirməsinə daxil edib.
ABŞ-da iqtisadi aktivliyin isti davam etməsi bazarlardakı narahatlığın artmasına səbəb olub.
Analitiklər, FED-in gələn ay pul bazarlarında qiymətləşmədə yüzdə 77 ehtimalla siyasət faizini 25 baz bənd artıracağının proqnozlaşdırıldığını və Pauellin açıqlamaları ilə gözləntilərdə dəyişiklik ola biləcəyini ifadə ediblər.
Qeyd olunan məlumatlardan sonra qızılın unsiyasının qiyməti dünən 0,7 faiz ucuzlaşaraq 1937 dollara enib.
Dünən Nyu-York fond bazarında S&P 500 indeksi 0,47 faiz, Nasdaq indeksi 0,16 faiz, Dow Jones indeksi 0,72 faiz ucuzlaşıb. ABŞ-da indeks fyuçers müqavilələri yeni günə satışla bağlı kursla başlayıb.