Afrika İnsan Haqları Məhkəməsi Konqonun Ruandaya qarşı iddiasına baxmağa başlayır


Afrika İnsan Haqları Məhkəməsi Konqo Demokratik Respublikasının (DRC) Ruandaya qarşı işinə baxmağa başlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Tanzaniyanın Arusha şəhərinin məhkəməsi Kiqalini insan hüquqlarını pozmaqda, DRC-nin dövlət sərhədlərini pozmaqda və 2022-ci ildən başlayaraq Konqonun Şimali Kivu əyalətində kütləvi qətllər törətməkdə ittiham edən iddiaya baxır.

DRC-nin şərqindəki müharibənin mərkəzində kobalt və koltan da daxil olmaqla qiymətli mineralların yataqlarına nəzarət uğrunda mübarizə dayanır. Xüsusilə, dünya bazarına çıxarılan kobaltın 70%-ə qədəri burada hasil edilir.

Bir dövlətin digər dövlətə qarşı bu cür iddiası Afrika İnsan Hüquqları Məhkəməsinin təcrübəsində ilkdir.

Kinşasa, Kiqalinin DRC-yə qarşı təcavüzdə və "23 Mart Hərəkatı" (M23) üsyançı qruplaşmasına kömək etməkdə, Ruanda qoşunlarının DRC-dən çıxarılmasında, habelə dövlətə və şəxslərə dəymiş ziyana görə təzminat ödəməkdə təqsirli bilinməsini istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu