Avropa İttifaqı Rusiya qazının alışını azaldıb




2026-cı ilin beş ayı ərzində Avropa İttifaqı Rusiya kəmər qazına 2,4 milyard avro xərcləyib.

AFN.az xəbər verir ki, bu barədə Avrostat məlumat yayıb.

Rusiyadan mayeləşdirilmiş təbii qazın (MTQ) alışına gəlincə, bu göstərici 3,7 milyard avro həcmində qiymətləndirilib.

Ümumilikdə, 2026-cı ilin yanvarından may ayına qədər Rusiya qazının idxalı 10 faiz azalaraq 6,1 milyard avroya düşüb.

May ayında Avropa İttifaqına üzv dövlətlər Rusiyadan 925 milyon avroluq MTQ alıblar ki, bunun da 369 milyon avrosunu Fransa, 305 milyonunu İspaniya, 211 milyonunu isə Belçika xərcləyib.

Qeyd olunur ki, yazın son ayında Avropa İttifaqı ölkələrinin ümumi mayeləşdirilmiş qaz idxalında Rusiya MTQ-nin payı 22,3 faiz təşkil edib və 56,3 faiz payla ABŞ birinci yerdə qərarlaşıb.

Kəmər qazının idxalında isə Rusiya 15,2 faiz pay alıb, birinci yeri Norveç (30,8 faiz), ikinci yeri isə Əlcəzair (27,2 faiz) tutub.

2026-cı ilin iyun ayının nəticələrinə əsasən, Rusiyadan Avropa İttifaqına mayeləşdirilmiş təbii qazın ümumi tədarük həcmi 2025-ci ilin eyni ayı ilə müqayisədə 10 faiz artıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu