AB 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina edəcək
Avropa Birliyi 2027-ci ilə qədər Rusiya qazının idxalını mərhələli şəkildə dayandıracağını açıqlayıb.
Avropa Şurası və Avropa Parlamenti Rusiya qazının mərhələli olaraq dayandırılması barədə razılığa gəlib.
Plana görə, Rusiya maye qazı (LNG) 2026-cı ilin sonunda, boru kəməri vasitəsilə gələn qaz isə 2027-ci ilin payızında tam qadağan ediləcək.
Qeyd edək ki, oktyabr ayı üzrə Rusiya qazının AB-dəki payı 12%-ə düşüb. Macarıstan, Fransa və Belçika hələ də Rusiya qazı idxal edən ölkələr sırasındadır.
