İspaniyada anomaliya: Maksimum qırmızı təhlükə səviyyəsi
İspaniyanın Dövlət Meteorologiya Agentliyi (Aemet) güclü istilər səbəbindən ölkənin bir çox regionunda əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Maksimum - qırmızı - təhlükə səviyyəsi ölkənin şərqində qüvvədədir.
AFN.az xəbər verir ki, söhbət xüsusilə Valensiya, Mursiya və Kastiliya - La-Mança muxtar vilayətlərinin bir sıra rayonlarından gedir. Oralarda havanın temperaturu 42-44 °C-ni ötə bilər.
Bununla yanaşı, demək olar ki, bütün ölkə ərazisində fövqəladə dərəcədə yüksək yanğın təhlükəsi saxlanılır.

