İspaniyada anomal isti hava ilə bağlı maksimum təhlükə səviyyəsi elan edilib


İspaniyanın şimalında anomal isti hava dalğası səbəbindən maksimum hava təhlükəsi səviyyəsi elan olunub, havanın temperaturunun +40°C-ni ötəcəyi gözlənilir.

AFN.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Meteorologiya Agentliyi məlumat yayıb.

"Kəskin bürkü və isti hava dalğası ekstremal hava şəraitinin erkən və uzunmüddətli xarakter alması ilə bağlı ciddi narahatlıq doğurub", – deyə qurumun bəyanatında bildirilir.

Piriney yarımadasının böyük hissəsində və Mayorka adasında termometrlərin +40°C-ni göstərəcəyi proqnozlaşdırıldığı üçün ölkədə "qırmızı" və "narıncı" xəbərdarlıq səviyyələri elan edilib. Ekstremal isti hava şəraitinin ən azı həftənin ortalarına qədər davam edəcəyi gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu