İspaniyada anomal istilərin yeni dalğası müşahidə edilir


İspaniyada bu yay dördüncü dəfə anomal istilər yaşanıb və onun pik həddi yaxın günlərdə gözlənilir.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bazar ertəsi və çərşənbə axşamı ölkənin müxtəlif bölgələrində havanın temperaturunun 39-43 dərəcə isti olacağı proqnozlaşdırılır. Belə ki, Balear adalarında, eləcə də İspaniyanın cənub-qərbində və şimal-şərqində təxminən 40 dərəcə isti gözlənilir. Əndəlüsün cənub-qərbində termometrlər 43 dərəcəyə qədər yüksələcək. Ölkənin mərkəzi hissəsində, eləcə də Qalisiya və Mayorkanın cənub hissəsində - təxminən 39 dərəcə isti gözlənilir. Kataloniya Lleyda və Girona, eləcə də Barselonada sakinlərdən təkcə 40 dərəcə istilərə deyil, həm də tufan və leysanlara hazırlaşmaq tövsiyə olunub.

Ölkənin əksər hissəsində anomal yüksək temperatur səbəbindən meşə yanğınları riski yüksək qiymətləndirilir.

Bu isti dövrün avqustun 24-dək davam edəcəyi, bundan sonra istilərin azalacağı gözlənilir. Soyutma əvvəlcə ölkənin qərb bölgəsinə gələcək, həftəsonuna yaxın isə İspaniyanın qalan hissəsinə yayılacaq.

Havaların isti keçməsi ilə əlaqədar ölkədə meşə yanğınları tüğyan edir. Bu il İspaniyada meşə yanğınları 64 min hektar ərazini məhv edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu