Ukraynanın demək olar ki, bütün ərazisində hava həyəcanı ləğv edilib
Ukraynanın rəsmi xəbərdarlıq resurslarının yaydığı məlumata görə, ölkə ərazisinin böyük hissəsində elan edilmiş hava həyəcanı siqnalı ləğv olunub.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, hazırda yalnız Dnepr, Kirovoqrad, Sumı, Xarkov və Çerniqov vilayətlərinin bəzi rayonları "qırmızı zona"da qalmaqda davam edir.
Həmin ərazilərdə təhlükə rejiminin hələ də qüvvədə olduğu bildirilir. Rəsmi qurumlar bu bölgələrdə yaşayan sakinləri ehtiyatlı olmağa və sığınacaqları tərk etməməyə çağırıb.
Qeyd edək ki, gün ərzində Ukraynanın demək olar ki, bütün vilayətlərində raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilmişdi.





