USS Abraham Lincoln doqquz aylıq missiyadan sonra Yaxın Şərqdən ABŞ-a qayıdır
İranla yaşanan qarşıdurmalar çərçivəsində Yaxın Şərqdə xidmət edən Nimitz sinifli təyyarədaşıyan USS Abraham Lincoln doqquz aya qədər uzadılmış missiyasını başa vurduqdan sonra ABŞ-a qayıtmaq üçün yola çıxıb.
AFN.az xəbər verir ki, gəmi uzunmüddətli missiyasından sonra San Dieqodakı əsas bazasına doğru hərəkət edir.
Təxminən 5 min dənizçi və dəniz piyadasının olduğu təyyarədaşıyan gəmi San Dieqodakı əsas bazasına doğru irəliləyir.
Missiyası müddətində 250 gündən çox fasiləsiz dənizdə qalan gəmidə təminat çatışmazlığı və artan mənəvi ruh düşkünlüyü ilə bağlı iddialar gündəmə gəlib.
Normal şərtlərdə altı-yeddi ay davam etməsi və may ayında başa çatması planlaşdırılan missiya fevralın sonunda başlayan İran əməliyyatları səbəbindən doqquz aya qədər uzadılıb.
Gəmi dekabr ayından etibarən heç bir limana yan almadan 200 gündən çox müddəti dənizdə keçirib. Personelin yaxınları ərzaq təminatında məhdudiyyətlər yaşandığını, isti su fasilələrinin olduğunu, poçt göndərişlərinin aylarla gecikdiyini və hərbçilər arasında mənəvi ruh düşkünlüyünün müşahidə edildiyini bildiriblər.
ABŞ Mərkəzi Komandanlığının komandanı admiral Bred Kuper gəmiyə baş çəkərək şəxsi heyətə geri qayıdış xəbərini çatdırdığını bildirib.
Kuper və müdafiə naziri Pit Heqset gəmidəki mənfi şəraitlə bağlı xəbərlərin şişirdildiyini və lazımi tədbirlərin görüldüyünü qeyd ediblər.
USS Abraham Lincoln-un bölgədən ayrılması ilə ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasındakı missiyanı təhvil almaq üçün USS George Washington təyyarədaşıyan gəmisi bölgəyə çatıb.
