“USS Ronald Reagan” təyyarədaşıyan gəmisi 9 illik xidmətdən sonra Yaponiyanı tərk etdi
ABŞ-ın nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi "USS Ronald Reagan" 2015-ci ildə başlayan missiyasını başa vurduqdan sonra Yaponiyanın Tokio şəhərindəki Yokosuka hərbi dəniz bazasını tərk edib.
Rəsmi Kyodo agentliyinin məlumatına görə, "USS Ronald Reagan"ın komandiri, kapitan Daril Kardone dəniz bazasından ayrılarkən mətbuata verdiyi açıqlmada Yaponiyanı ekipaj üçün ikinci vətən adlandırıb.
Kardone gəminin və heyətinin beynəlxalq hüququn aliliyini, azad və açıq Hind-Sakit okean regionunu qorumaq üçün səfərbər edildiyini bildirib.
ABŞ-ın Tokiodakı səfiri Rahm İsrael Emanuel gəminin ekipajını Hind-Sakit Okeanın təhlükəsizliyini və sabitliyini qorumaqda göstərdikləri fədakarlığa görə təbrik edib.
Qeyd edək ki, 2015-ci ilin oktyabrında Yokosukada dayanan təyyarədaşıyan Çinin Hind-Sakit Okean hövzəsi və Şimali Koreyanın nüvə və raket təhdidlərinə artan təsirinə qarşı bölgədə patrulluq edib.
Xatırladaq ki, nüvə enerjisi ilə işləyən gəmi 2011-ci ilin martında baş vermiş zəlzələ və nüvə fəlakətindən sonra Yaponiyada təşkil olunan “Tomodaçi əməliyyatı”nda (Dost əməliyyatı) iştirak edib.