MKİ-nin direktoru Moskvaya əvvəlcədən xəbər verilməyən səfər edib - İDDİA



ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliffin rusiyalı şəxslərlə görüşmək üçün gecə saatlarında Moskvaya uçduğu iddia edilib. 

AFN.az xəbər verir ki, ABŞ rəsmisinin CNN-ə verdiyi açıqlamada Ratkliffin ötən gecə Moskvaya əvvəlcədən xəbər verilməyən səfər etdiyi bildirilib.

Rəsminin görüşlərin məzmunu və müzakirə edilməsi planlaşdırılan məsələlər barədə məlumat verməkdən imtina etdiyi qeyd olunub.

Xəbərdə bu səfərin Ratkliffin Prezident Donald Trampın dövründə MKİ direktoru kimi həyata keçirdiyi məlum olan ilk səfəri olduğu bildirilib. Səfərin Rusiya ilə Ukrayna arasında müharibənin sona çatdırılması üçün aparılan danışıqların dalana dirəndiyi bir vaxtda baş verdiyi qeyd edilib.

Məsələ ilə bağlı hələlik MKİ tərəfindən hər hansı açıqlama verilməyib. ABŞ mediası isə qurum rəsmilərinin səfərlə bağlı məlumat paylaşmaqdan yayındığını bildirib.

Uçuşların izlənməsi saytı Flightradar24-ün məlumatına görə, bu səhər erkən saatlarda ABŞ-a məxsus Boeing C-17 Globemaster III hərbi nəqliyyat təyyarəsi Moskvanın Vnukovo Beynəlxalq Hava Limanına enib.

Təyyarənin əvvəlcə Merilend ştatında yerləşən Endryus Birgə Bazasından havaya qalxdığı görünür.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu