Misir münaqişənin sona çatmasından sonra Qəzzada təhlükəsizliyə nəzarət etməkdən imtina etdi


Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnslə görüşündə Fələstin Muxtariyyətinin məğlubiyyəti halında hakimiyyətə gələnə qədər Qəzza zolağında təhlükəsizliyə nəzarət etmək təklifindən imtina edib.



Bu barədə “The Wall Street Journal” Misir rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Burns Qahirəyə səfəri zamanı Misir lideri və Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə bu planı müzakirə edib. Əs-Sisi Mərkəzi Kəşfiyyat İdarəsinin direktoruna bildirib ki, ölkəsi HƏMAS-ın məhv edilməsində iştirak etmək niyyətində deyil, çünki onun Qəzza zolağı ilə sərhədini qorumaq üçün bu silahlı qrupa ehtiyacı var, nəşrin adını açıqlamayan həmsöhbəti izah edib.

Daha əvvəl əs-Sisinin ofisi məlumat vermişdi ki, Börnslə görüşdə mülki əhalinin müdafiəsi üçün atəşkəs və Qəzza sakinlərinə humanitar yardımın göstərilməsi məsələsi müzakirə olunub. Börns öz növbəsində mövcud böhranı həll etmək üçün Misir tərəfi ilə koordinasiyanı davam etdirmək arzusunu təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu