ABŞ və Misir Qəzza zolağı sakinlərinin köçürülməsinə qarşıdır


ABŞ prezidenti Co Bayden və Misir lideri Əbdül Fəttah əs-Sisi Qəzza zolağı sakinlərinin köçürülməsinə qarşı çıxıblar.


Bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşr ABŞ prezidentinin sözlərindən sitat gətirib: "Biz birlikdə işləmək öhdəliyimizi təsdiqlədik və mülki insanların həyatının qorunması, beynəlxalq humanitar hüquqa hörmət və Qəzzadakı fələstinlilərin Misirə və ya hər hansı digər bölgəyə köçürülməməsinin təmin edilməsinin vacibliyini müzakirə etdik".

Agentlik qeyd edib ki, Misir fələstinlilərin köçürülməsi ilə bağlı mümkün qərara qarşı çıxır və münaqişənin İsrail və Fələstində tam dövlətlərin yaradılması yolu ilə həllində israrlıdır.

Bundan əvvəl Siyasi Büro üzvü və HƏMAS-ın xarici siyasət idarəsinin rəhbəri Musa Əbu Mərzuk demişdi ki, fələstinlilərin Qəzza zolağından Misirin Sinay yarımadasına zorla köçürülməsi planı həyata keçirilə bilməz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu