Araz çayından tapılan ‘’Qızıl Alma’’ haradadır və kimindir...


“İsrail Qəzza sakinlərindən Misirə deyil, təhlükəsizlikləri üçün anklavın cənubuna köçmələrini tələb edib”.

“Report” xəbər verir ki, bunu İsrail Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Hasan Kaabiya deyib.

“Bir neçə gün əvvəl İsrail Müdafiə Ordusu HƏMAS-ın iddialarının əksinə olaraq, insanların cənuba doğru hərəkəti üçün xüsusən də Qəzza zolağının şimalında təhlükəsiz dəhlizlər yaratmağı təklif edib”, - o qeyd edib.

Onun sözlərinə görə, Qəzza zolağı sakinlərinin anklavın cənubuna köçürülməsi yalnız onların təhlükəsizliyi naminə həyata keçirilir: “Onların yaşadığı ərazi döyüş meydanıdır, lakin biz beynəlxalq hüquqa uyğun hərəkət edirik və bombardman zamanı mülki insanlara zərər verməməyə çalışırıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu