BMT İnsan Hüquqları Şurasına 15 yeni üzv seçildi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 2027-2029-cu illəri əhatə edən dövr üçün BMT İnsan Hüquqları Şurasına (UNHRC) 15 yeni üzv seçib.
AFN.az xəbər verir ki, Baş Assambleyada keçirilən səsvermənin nəticələrinə əsasən, Braziliya, Burundi, Dominikan Respublikası, Almaniya, Qana, İrlandiya, Yaponiya, İordaniya, Küveyt, Nepal, Nigeriya, Moldova, Ukrayna, Uruqvay və Zambiya Şuranın yeni üzvləri olub.
Yeni seçilən 15 üzvün üçillik səlahiyyət müddəti 2027-ci il yanvarın 1-də başlayacaq.
Mərkəzi İsveçrənin Cenevrə şəhərində yerləşən BMT İnsan Hüquqları Şurasının ümumilikdə 47 üzvü var.

