23 Aprel – Dünya Kitab Günü - Səadət Kərimi yazır




Kitab keçmişlə gələcəyin əlaqəsidir. Kitab nəsillər və mədəniyyətlər arasında körpüdür. Kitab hikmət və bilik yaratmaq və paylaşmaq üçün ən böyük qüvvədir. Kitab oxuyan şəxs özünü heç vaxt yalnız hiss etməz. Hər kəsin kitab oxumağa imkanı olmalıdır. Kitab ən təsirli silahdır. Əlinizdən nə kitab nə qələm düşməsin.



23 Aprel ədəbi aləmdə simvolik bir tarixdir, çünki bu Servantes, Şekspir və İnca Garcilaso de la Vegas kimi bəşəriyyata ölməz əsərlər bəxş edən dahi yazarların anım günüdür. 23 Aprel / 23 Nisan Dünya Kitab Günü, kitaba və müəllif hüquqlarına diqqət yetirmək üçün 1995-ci ildə Unesco tərəfindən təsis edilmiş bir tema (mövzu) günüdür. Tema günü hər il 23 Aprelə təsadüf edir. Dünya Kitab Gününü təsis etmək ideyasını ilk olaraq Valensiyalı (İspaniya) yazar Visente Clavel Andrés irəli sürmüşdü. Visente Clavel Andrésin amacı ünlü İspan yazarı Migel de Servantesin (Miguel de Cervantes, 29 Sentybar /Eylül 1547 — 23 Nisan 1616) ölüm günü güman edilən 23 aprel tarixini qeyd etmək idi. Yəni fikir bu yolla yazar Migel de Servantesi anmaq, yad etmək, onun ədəbiyyatına nəzər salmaq və dünyada tanıtmaq üçün irəli gəlmişdi.

Eyni zamanda dünyaya drama sənətini gətirmiş dahi yazar Uilyam Şekspirin eyni tarixdə vəfat etdiyi güman edilir, fərqli illərdə olmasına baxmayaraq (William Shakespeare doğum 23 Aprel 1564 – ölüm tarixi 1616 ci ilin 23 Apreli güman edilir). Düşünəndə ki, Şekspir cəmisi 52 il yaşamışdı və bəşəriyyətə Romeo och Julia, Othello, Macbeth, Hamlet kimi möhtəşəm əsərləri bəxş etmişdi, qələm sahibi olmağı Allahın bir lütfü hesab etməyilik və yazar olmağı Allahın verdiyi özəl yetənək qəbul edə bilərik. Yazarlar bəlkə də Allahın yer üzünə göndərdiyi elçilərdir, deyə bilərik. Əlbəttə söhbət öz fəlsəfəsi ilə ədəbiyyata gələn insanlardan gedir.

Migel Servantesi Azərbaycanda, həmdə bütün postsovet məkanda, Don Kixot (Don Quijote) romanı ilə tanıyırlar. Bu roman dünya ədəbiyyatının ən böyük klassik şah əsərlərindən sayılır və bəzən ilk müasir roman kimi qəbul edilir. Migel Servantesi isə bu əsərlə satiranın banisi hesab edilir. Mənə isə Sevantesin La Qalatea (1585) əsəri daha maraqlıdır.

Şekspiri çoxları təkcə İngiltərənin siyavuşu deyil, həm də əsrlər boyu dünya ədəbiyyatının ən görkəmli dramaturqu hesab edirlər. Çağdaş dramaturqlardan olan İsveçli Ben Jonson Şekspirin ”O, yalnız biz zamana deyil, hər zamana, bütün dövrlərə aiddir” demiş.


Şekspirin imzası

23 Aprel bir neçə başqa yazarlar üçün də anım günüdür. YUNESKO-nun qərarı ilə Qarsilaso de la Veqanın (Garcilaso de la Vega) ildönümü 23 Apreldədir. Bu İspaniyalı şair poeziyada sonnet və kanon üslübunu meydana gətirmişdi və dostu Juan Boscan Almogáver ilə birlikdə İtalyan poeziyasını tanıtmışdı.

Kataloniyada (İspaniya), 20-ci əsrin əvvəllərindən bəri, 23 aprel Müqəddəs Yoran (Saint George) gününü camaat xoşladıqları, sevdikləri insanlara bir kitab hədiyyə etməklə və həmin insandan gül almaqla qeyd ediblər. Bu ənənədən ilham alan Beynəlxalq Naşirlər Birliyi (International Publishers Association) və İspaniya YUNESKO-ya (Unesco) 23 Apreli beynəlxalq kitab günü kimi təsis etməyi təklif etmişdilər.

23 Aprel Dünya Kitab və Müəllif Hüquqları (World Book and Copyright Day) Günündə YUNESKO, kitabların, müəlliflərin və müəllif hüquqlarının fikir və biliyi yaymaqda və insanlar arasında anlaşma və tolerantlığa töhfə verməkdə əhəmiyyətini tanıyır. Bu gün, 1995-ci ildə Unesco tərəfindən kitab oxuma sevincini yaymaq, həmçinin ifadə azadlığının, mətbuat azadlığının və müəlliflərin hüquqlarının vacibliyini vurğulamaq üçün təsis edilmişdir. Ümumdünya Kitab Gününün məqsədi kitabların yoxsulluğun azaldılması və sülhün bərqərar olması üçün bir vasitə kimi istifadə oluna biləcəyini göstərməkdir. Ümumdünya Kitab Gününün məqsədi yazıçıları həvəsləndirmək və savadsızlığa qarşı mübarizə aparmaqdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu