“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyi davam etdirir
Ölkənin ən böyük səsli ədəbiyyat kitabxanasını yaratmaq məqsədilə “Nar” “Canlı kitab” sosial layihəsini davam etdirir.
Bu günə qədər layihə çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından 35 müəllifin 276 əsəri ana dilimizdə audiokitab şəklində “YouTube” kanalında yerləşdirilib. “Radio Antenn" 101 FM-lə birgə hazırlanan layihənin məqsədi mütaliəni hər kəs, o cümlədən, görmə məhdudiyyətli şəxslər üçün daha əlçatan etməkdir.
Davamlı yenilənən “Canlı kitab” kanalında müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri asanlıqla dinləmək mümkündür. Bundan başqa, həftə sonları saat 12:00-dan 14:00-dək “Radio Antenn” 101 FM dalğasında “Canlı kitabı” birbaşa efirdə dinləmək mümkündür. Yayım eyni zamanda radionun və “Canlı kitab” verilişinin rəsmi “Facebook” səhifələrində aparılır.
“Canlı kitab” kanalını buradan izləyə bilərsiniz:
[media=https://afn.az/uploads/posts/2021-08/1629791799_1629786945_atr3.jpg]