Bayram günləri zəhərlənənlərin sayı açıqlandı


Bayram günlərində (31 dekabr-5 yanvar) TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 180 müraciət daxil olub.

TƏBİB-dən AFN.az-a verilən məlumata görə, müraciət edənlərin 21 nəfərinin (15-i qadın, 6-si kişi olmaqla) vəziyyəti ağır olduğu üçün Toksikologiya şöbəsinə yerləşdirilib. 159 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Xəstəxanaya yerləşdirilən 21 nəfərdən 7-si dərmandan, 3-ü sirkə turşusundan, 4-ü etanol spirtindən, 4-ü dəm qazından, o cümlədən 2-si allergiyadan, 1-i isə botulizmdən zəhərlənib.

Tibb müəssisəsinə yerləşdirilən şəxslərdən 1-i ambulator müalicə üçün evə buraxılıb, hazırda 20 nəfərin müalicəsinə davam edir. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu