“İsti Yupiter” nəhəng ulduza doğru gedir: məhv olmasına az qalıb


Astronomlar öz ulduzuna doğru fırlanan ekzoplanet aşkar ediblər. O, həmin ulduzla toqquşarsa məhvə məhkumdur.


AFN.az CNN-ə istinadən xəbər verir ki, söhbət hələ 2019-cu ildə - kəşfdən 10 il sonra müəyyən edilmiş Kepler-1658b ekzoplanetindən gedir. Alimlər bu planeti “İsti Yupiter” adlandırırlar. Bu, Yupiter qədər böyük olan, lakin daha yüksək temperatura malik ekzoplanet növüdür. Kepler-1658b öz qocalmış ulduzunun ətrafında hər 3,85 gündə bir tam dövr edir. Tədricən planetin orbiti azalır. Astronomlar bunun ildə 131 millisaniyə sürətlə baş verdiyini hesablayıblar. Elm adamlarının fikrincə, bu ekzoplanetin ətrafında fırlandığı ulduz genişlənir və subnəhəng fazasına daxil olur. Daha sonra ömrünün son mərhələsində qırmızı nəhəngə, ölməkdə olan ulduza çevriləcək.

Ekzoplanetlər Günəş sistemindən kənarda olan planetlərdir. Onlar orbitləri boyunca hərəkət edərkən cazibə qüvvəsinin təsiri altında, mərkəzi ulduzların radial sürətlərindəki dövri dəyişikliklərlə aşkar edilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu