Telefonun batareyası bomba kimi partladı - VİDEO


Türkiyədə təmir üçün gətirilən telefonun batareyası partlayıb. Həmin anlar təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb.


Hadisənin maraqlı tərəfi odur ki, telefon sahibi həmin anlarda sakit-sakit vitrinlərə baxış keçirir. Telefon təmiri sexinə gələrək telefonun akkumulyatorunun şişməsindən şikayət edən müştəri texniki xidmət istəyib. Sexin sahibi Müzəffər Kaya telefonu götürüb piştaxtanın üstünə qoyub. Daha sonra texniki Sıddık Gündoğdu təmir üçün telefona göz gəzdirərkən qəfildən batareya partlayıb. Texnik alovlanan telefonun akkumulyatorunu yerə atıb. İş yerinin sahibi və texniki işçi olayı yaşayarkən telefon sahibi vitrinlərə baxış kemirməklə məşğul olub ki, bu da videonu izləyənlərdə maraq oyadıb.

Hadisə ilə bağlı danışan Müzəffər Kaya bildirib ki, batareyaların qabarıqlığına biganə yanaşmaq olmaz. Onun sözlərinə görə, belə halda olan telefon əlimizdə, cibimizdə olarkən, hətta onunla danışarkən belə partlaya bilər: "Müştəri gəldi, telefonumun batareyası şişib, saatlı bomba kimidir, tez bir zamanda dəyişdirməliyik. Əməkdaşlarımız onu dəyişənə qədər partladı. Şükürlər olsun ki, heç kim zərər görmədi. Təbii ki, partlayış səsindən panikaya düşdük, amma o zaman müştərimiz burada idi, bizi ən çox güldürən onun rahatlığı idi. O, telefonu yanan zaman kifayət qədər fikirli idi, hadisənin fərqində belə olmadı".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu