İtkin cəsədlərin sirri açıldı: İnsanlar dəqiqələr içində buxarlanıb - FOTOLAR


Təxminən 2000 il əvvəl baş vermiş Vezuvi püskürməsi ilə bağlı yeni araşdırma materialları yayılıb. Pompeyin qonşusu Herkulaneum sakinlərinin itkin düşmüş cəsədləri vulkan püskürməsi nəticəsində buxarlanmış, bir kişinin kəllə sümüyü şüşəyə çevrilmişdi.


Tarixin ən qəddar təbiət hadisəsindən sonra qədim şəhərdə yaşayan insanların cəsədlərinin niyə qorunub saxlanmadığı ilə bağlı araşdırma aparan arxeoloqlar Herkulaneum sakinlərinin partlayışın təsiri ilə buxarlanması və toxumalarının şüşəyə çevrilməsi ilə bağlı yeni tapıntılar əldə ediblər.

Məlumdur ki, şəhərdə təxminən 2000 il əvvəl baş vermiş Vezuvi püskürməsindən 15 dəqiqə sonra həyat başa çatıb. Herkulaneum vulkanın yaxınlığındakı başqa bir yaşayış məntəqəsidir. Vezuvi ilə dəniz arasındakı bölgə vulkana Pompeydən daha yaxın idi.

"Scientific Reports" elmi jurnalında dərc olunan yeni araşdırma, püskürmədən sonra piroklastik axının Herkulaneuma dəydiyini sübut edir. Piroklastik axın təxminən isti qaz və vulkanik hissəciklərin son dərəcə sürətli hərəkət edən axını kimi müəyyən edilə bilər. Məlumdur ki, belə axınların temperaturu 550 dərəcədən çox olur.

Tədqiqatçıların fikrincə, Herkulaneumu ilk vuran cərəyan da təxminən 550 dərəcə Selsi idi və bir neçə dəqiqə ərzində sakinləri buxarlandırdı.

Ardıcıl olaraq 315 ilə 465 dərəcə Selsi arasında olan daha kiçik axınların da şəhəri yerin dərinliklərinə basdırdığı təxmin edilir.

Bu səbəbdən də qədim şəhərdəki cəsədlərin çoxunun tez bir zamanda kül yığınına çevrildiyi düşünülür. Digər tərəfdən, elm adamları daha əvvəl şüşəyə çevrilmiş insan toxumaları ilə qarşılaşmışdılar. Buna əsasən, qədim şəhərdə yaşayan kişinin kəllə sümüyü çox yüksək temperaturda yandırılıb, sonra sürətlə soyuyaraq şüşəyə çevrilib. Lakin bəzi arxeoloqlar tapıntılara tam əmin deyildilər.

"Eramızın 79-cu ili ən çox tədqiq edilən püskürmələrdən biri olsa da, Pompey və Herkulaneumda ölümlərin dəqiq vaxtı və səbəbləri hələ də müzakirə olunur. Biz burada göstərdik ki, şəhərə daxil olan piroklastik axın 495 ilə 555 dərəcə arasında temperaturda olub, qısa müddətli kül buludları dalğası yaradaraq insanların ani ölümünə səbəb ola bilər" - deyə yeni araşdırmada bildirilir.
Vezuvi dağının püskürməsi Pompey, Herkulaneum, Torre Annunziata və Stabiae yaşayış məntəqələrini məhv edib. Bu prosesdə 16 minə yaxın insanın öldüyü güman edilir.


























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu