Hibrid Günəş tutulması başlayıb


Günəş tutulmaları arasında nadir rast gəlinən Hibrid Günəş tutulması başlayıb. Bu təbiət hadisəsini yalnız cənub yarımkürəsində yaşayanlar müşahidə edə bilər.


Cənub yarımkürəsində Ay təxminən 76 saniyə ərzində Günəşi tamamilə gizlədərək, tam Günəş tutulmasını izləmək imkanı yaradacaq. Hibrid Günəş tutulması Azərbaycandan izlənilə bilməsə də, Cənubi Sakit Okean bölgəsindəki bir çox ölkədən görünəcək. Qrinviç Kral Rəsədxanasında astronomu Dr. Qreq Braun "Daily Mail"ə proses haqda danışıb: "Bu tutulma yalnız Avstraliya, Şərqi Timor, İndoneziya, Hind okeanının cənubu və Sakit Okeanın qərb hissəsindən görünsə də, əlaqəli qismən tutulma bir neçə ətraf bölgədən də müşahidə ediləcək".

Aprel ayında çox nadir görüləcək bu hibrid tutulma ilk başladığında adətən həlqəvi tutulma olaraq görülür. Sonra Ay tamamilə Günəşin qarşısından keçir və tam tutulmaya çevrilir. Nəhayət, o, həlqəvi tutulma şəklində tamamlanır.

Heç vaxt günəşə durbin, teleskop və ya xüsusi qorunmadan çılpaq gözlə baxmayın. Günəşi müşahidə etmək üçün adi gün eynəkləri kifayət deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu