500 milyon il əvvəl yaşayan nəhəng çənəli dəniz qurdunun qalıqları aşkar edilib


Nəhəng çənəli bir dəniz qurdunun 500 milyon ildən çox əvvəl dənizlərdə hökmranlıq etdiyini mükəmməl qorunan fosillər göstərir.


Elm adamları bu yaxınlarda Qrenlandiyanın şimalında Timorebestia koprii və ya "dəhşətli heyvan" adlı yeni ət yeyən qurd növünün fosillərini aşkar ediblər. Bu haqda "Science Advances" jurnalında dərc olunan araşdırmada bildirilib.

Erkən Kembri dövründə (541-485,4 milyon il əvvəl) mövcud olmuş yırtıcı bədənin yan tərəflərində bir sıra üzgəclərə və bir cüt uzun "antena"ya malik idi. Tədqiqat göstərir ki, uzunluğu 30 santimetrə qədər böyüyə bilər. Bu, onu dövrünün ən böyük üzən heyvanlarından birinə çevirir.

Bəzi Timorebestia nümunələri o qədər yaxşı qorunub ki, elm adamları hətta qurdların həzm sistemini təhlil edə biliblər. Əsasən qurdların bağırsaqlarında isoxys kimi tanınan Kembri dəniz qoşa qapaqlılarınn qalıqları aşkarlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu