Amerika qitəsi düşünüldüyündən daha tez ziyarət edilibmiş


Alimlər Amerika qitəsinə keçidin 21 min ilə 23 min il əvvəl baş verdiyini göstərən dəlilləri təsdiqlədiklərini açıqlayıblar.


ABŞ Geoloji Tədqiqat Xidmətinin (USGS) press-relizinə görə, Amerika qitəsində insan varlığına dair əvvəlki sübutlar 14 min ilə 16 min il əvvəli göstərir.

2009-cu ildə ABŞ-ın Nyu-Meksiko əyalətində aşkar edilən qalıqlaşmış ayaq izlərindəki toxumların radiokarbon tarixləndirməsi insanların qitədə 21 min ilə 23 min il əvvəl mövcud olduğunu ortaya çıxarıb.

Bəzi arxeoloqlar, araşdırılan Ruppia cirrhosa su bitkisinin toxumlarının sudan karbon atomlarını çəkə biləcəyini bildirərək, tapıntıların yanıldıcı ola biləcəyini müdafiə ediblər.

Tədqiqatlar, radiokarbon üsulundan istifadə edərək, ayaq izlərində tapılan quru bitkisinin iynəyarpaqlı poleninin yaşını təyin etməyə yönəlib.

Ən az 75 min tozcuq dənəsinin istifadə edildiyi araşdırmada iynəyarpaqlı polenin Ruppia cirrhosa bitkisinin toxumları ilə eyni yaşda olduğu təyin olunub.

Elm adamları fosildəki kvars dənələrinin ən son nə vaxt günəş işığına məruz qaldığını da "optik stimullaşdırılmış lüminesans" adlı yaş təyini üsulu ilə təyin ediblər. Araşdırma fosillərin ən az 21.500 yaşında olduğunu göstərib.

Tədqiqatçılardan Kathleen Springer, fosillər ilk tapıldığı zaman araşdırmanın məqaləsi dərc edilərkən başqa üsullarla yaş təyini üzərində işə başladıqlarını və ayaq izlərinin yaşından əmin olduqlarını ifadə edib.

Araşdırmanın elmi məqaləsi "Science" jurnalında dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu