İxtiozavrlar məlum olan ən böyük dəniz sürünənləri ola bilər


Alimlər müəyyən ediblər ki, tarixdə dənizlərdə üzən, ehtimal ki, ən böyük dəniz sürünənləri təxminən iki avtobus ölçüsündə ixtiozavrlar olub.



Məxluq təxminən 202 milyon il əvvəl dinozavrlarla yanaşı yaşayıb.

Fosilləşmiş çənə sümüyü 2016-cı ildə İngiltərənin Somerset şəhərindəki çimərlikdə bir fosil ovçusu tərəfindən tapılıb.

2020-ci ildə ata və qızı daha bir oxşar çənə sümüyü tapdılar.

Mütəxəssislər fosillərin uzunluğu 25 metr olan iki nəhəng iktiozavr sürünənlərinə aid olduğunu bildirirlər.

O, kəlləsi Dorset qayalıqlarında basdırılmış vəziyyətdə tapılan və David Attenboruqun Nəhəng Dəniz Canavarı sənədli filmində nümayiş olunan nəhəng pliozavrdan daha böyükdür.

Elmi məqaləni yazan Bristol Universitetinin paleontoloqu Din Lomaks, "Çənə sümüklərinin ölçüsünə əsasən - biri bir metrdən çox, digəri isə iki metr uzunluğunda - bütün heyvanın təxminən 25 metr olduğunu hesablaya bilərik" deyib.

Lakin o deyir ki, məxluqun tam ölçüsünü təsdiqləmək üçün tam kəllə və skelet kimi daha çox dəlil lazımdır, çünki indiyə qədər yalnız bir neçə parça tapılıb.

Lomaks izah edib ki, nəhəng ixtiozavr kütləvi şəkildə yoxa çıxıb və ondan sonra yaşayan ixtiozavrlar bir daha nəhəng ölçülərə çatmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu