Alimlər dünyanın ən qədim meşəsini tapdıqlarını açıqlayıblar


Elm adamları İngiltərənin cənub-qərb sahillərindəki qayalıqlarda dünyanın ən qədim fosilləşmiş meşəsini tapdıqlarına açıqlayıblar.



Fosilləşmiş meşə Somerset ştatının Minehead şəhərində yüksək hündürlükdə olan qumdaşı qayalıqlarında tapılıb.

Kembric və Kardiff Universitetlərinin tədqiqatçıları bildiriblər ki, onların tapıntıları Britaniyada daşlaşmış ən qədim və dünyada tanınan ən qədim ağacdır.

Kalamopiton kimi tanınan ağaclar palma ağaclarına bənzəyir.

İndiki ağacların prototipi kimi təsvir edilən ağacların ən böyüyü iki ilə dörd metr arasındadır.

Tədqiqatçılar bitki alıqları, həmçinin ağac gövdəsi fosilləri və kök izləri tapıblar.

Fosillər ağacların yüz milyonlarla il əvvəl çay yataqlarını və sahil xətlərini sabitləşdirərək ətraf mühiti necə formalaşdırdığını göstərir.

Tədqiqatın müəlliflərindən biri, Kardiff Universitetinin Yer və Ətraf Mühit Elmləri Məktəbindən Dr. Kristofer Berri “30 ildir ki, dünyanın hər yerində bu növ ağacları tədqiq edərək, gövdələrin fotolarını ilk dəfə görəndə onların nə olduğunu bildim” deyə bildirib.

Mənbə: BBC



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu