Türkiyənin qərbində meşə yanğını başlayıb


Türkiyənin qərbindəki Muğla vilayətində beş saatdan artıqdır davam edən meşə yanğını artmaqda davam edir.


Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, yanğın yerli vaxtla səhər saat 05:00 Bodrum yaxınlığındakı Yakaköy ərazisində baş verib. Güclü küləyin təsiri ilə alov meşə zonasından kol və zeytun ağaclarına yayılıb.

Hazırda yanğınsöndürənlər yanğınların bəzilərinə çata bilmir. Onları yerli sakinlər dəstəkləyir.

Qeyd edək ki, Türkiyədə meşə yanğınları hər il baş verən bir hadisədir. 2021-ci ilin yayında ən böyük meşə yanğınları Türkiyənin cənubundakı 30 əyalətdə baş verib. Həmin yanğınlar nəticəsində 10 nəfər həlak olub, 860-dan çox insan yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu