Kanadada meşə yanğınları nəticəsində 4,5 milyon hektar ərazi külə dönüb


Kanadada bu il meşə yanğınları 4,5 milyon hektar ərazini yandırıb.


"Report" bu barədə "Haber Global"a istinadən xəbər verir.

Kanada Qurumlararası Meşə Yanğın Mərkəzinin (CIFFC) məlumatına görə, qərbdə Britaniya Kolumbiyasından şərqdə Yeni Şotlandiyaya qədər ölkə üzrə 417 yerdə yanğınlar davam edir.

Yanğınlardan 218-i nəzarətdən çıxsa da, 108-i nəzarət altına alınıb.

Yanğınların əksəriyyəti Kvebek, Alberta və Britaniya Kolumbiyasında qeydə alınıb. Alovun genişləndiyi Kvebekdə 136, Albertada 80, Britaniya Kolumbiyasında isə 64 aktiv yanğın ocağı bildirilib.

Məlumata görə, bu il ölkədə 2 419 meşə yanğını baş verib, 4,5 milyon hektar ərazi külə dönüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu