Kanada yanğınlarla mübarizə aparmaq üçün hərbçiləri cəlb edib


Kanada Britaniya Kolumbiyasında tüğyan edən yanğınlarla mübarizə üçün hərbçiləri cəlb edib. İndiyədək 35 mindən çox insan təxliyə edilib. Verilən rəsmi açıqlamalarda insanların təxliyəsi üçün ordu qüvvələrinə ehtiyac yarandığı bildirilir.


Bu həftə Kanadada təxminən 1038 yanğın baş verib. Hadisələrin yarıdan çoxu nəzarətdən çıxıb.

Bu yanğınların ən azı üçdə biri böyük Vankuver şəhərində və Kanadanın ən ikonik mənzərələrini özündə birləşdirən Britaniya Kolumbiyasında baş verib.

Kanadanın Baş naziri Castin Trudeau, bildirib ki, vəziyyət qeyri-adi dərəcədə ciddi bir hal alıb: "Qoşunlar evakuasiya və digər logistika işlərində kömək edəcəklər".

Trudeau həmçinin Britaniya Kolumbiyasının federal yardım tələbinin təsdiqləndiyini təsdiqləyib.

"Hansı dəstəyə ehtiyac duyulursa, biz burada olmağa davam edəcəyik" - deyə o, paylaşdığı tweet-də bildirib.

Şimal-Qərb Ərazilərinin paytaxtı Yellouknifedə 20 minə yaxın sakinin hamısı şiddətli yanğınlar səbəbindən qaçmağa məcbur olub.

Kanada Təşkilatlararası Vəhşi Yanğın Mərkəzinin məlumatına görə, ölkə bu il indiyədək 5807 yanğın rekordu olmaqla, görünməmiş meşə yanğınları silsiləsi ilə üzləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu