Ukraynaya hava hücumundan müdafiə ilə bağlı Kanadadan 24,3 milyon dollar töhfə


Kanadanın Ukraynanı hava hücumundan müdafiə avadanlıqları ilə təmin edən Böyük Britaniyanın rəhbərlik etdiyi tərəfdaşlığa 24,3 milyon dollar töhfə verəcəyi açıqlanıb.


Kanadanın müdafiə naziri Bill Blairin Lidd Hərbi Təlim Düşərgəsinə səfəri zamanı dəstəyin Ukraynanın ehtiyac duyduğu qısa və orta mənzilli hava hücumundan müdafiə raketləri və əlaqəli sistemləri təmin edən ortaqlığa verildiyini vurğulayıb.

Açıqlamada sözügedən tərəfdaşlığın 2023-cü ilin iyun ayında Böyük Britaniyanın rəhbərliyi ilə Danimarka, Hollandiya və ABŞ daxil olmaqla müxtəlif ölkələr tərəfindən qurulduğu və tərəfdaşlığın Rusiyanın raket və pilotsuz uçuş aparatlarının hücumlarına qarşı Ukraynanın müdafiəsini dəstəkləmək üçün “təcili ehtiyac duyulan” hava resurslarını təmin edəcəyi bildirilib.

Dəstəyin Baş nazir Castin Trüdonun 2023-cü ilin iyununda Ukraynanın paytaxtı Kiyevdə elan etdiyi Ukraynaya hərbi yardım üçün ayrılan 500 milyon dollarlıq fondun bir hissəsi olaraq maliyyələşdirildiyi qeyd edilib.

Bəyanatda vurğulanır ki, Kanada öz müttəfiqləri və tərəfdaşları ilə Ukraynaya hava hücumundan müdafiə də daxil olmaqla, ən aktual müdafiə ehtiyaclarına cavab verməkdə kömək etmək üçün səylərini davam etdirəcək.

"Kanada və Böyük Britaniya Rusiyanın qeyri-qanuni və ədalətsiz işğalına qarşı özünü müdafiə etmək üçün mübarizə aparan Ukraynanın yanındadır. Kanada ukraynalıların cəsarətinə və gücünə heyrandır və onlara döyüşmək, qalib gəlmək üçün lazım olan hərtərəfli hərbi yardımla dəstək olmağa davam edəcək" - deyə müdafiə naziri Bleyer bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu