Nepaldakı təyyarə qəzasında azı 30 nəfər ölüb - YENİLƏNİB


Nepalın qərbindəki Poxara şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 30 nəfər ölüb.


Bu barədə “Reuters” məlumat yayıb.

Təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olub. Qəza havaya qalxarkən baş verib.

Aviaşirkətin sözçüsü Sudarşan Bartola bildirib ki, təyyarə qəzasında sağ qalanların olub-olmadığı hələlik məlum deyil.

O qeyd edib ki, Fransa-İtaliya konserni tərəfindən istehsal olunan ATR 72 təyyarə 74 sərnişini daşımaq üçün nəzərdə tutulub.

***

Nepalda göyərtəsində 68 sərnişin və 4 ekipaj üzvü olan “Yeti” Hava Yollarına məxsus sərnişin təyyarəsi Poxara Beynəlxalq Hava Limanında uçuş-enmə zolağında qəzaya uğrayıb.


“Report” xəbər verir ki, bu barədə “The Kathmandu Post” yazıb.

Qəza layner havaya qalxarkən baş verib.

Nəşr bildirib ki, hazırda xilasetmə işləri aparılır, hava limanı müvəqqəti bağlanıb.

Hadisə nəticəsində sağ qalanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu