Zelenski Böyük Britaniyaya səfər edəcək


Ukrayna prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyaya səfər edəcək. Onun Londonda bir sıra mühüm görüşlər keçirəcəyi gözlənilir.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, səfər zamanı o, Dauninq-stritdə baş nazir Rişi Sunakla görüşəcək, həmçinin Böyük Britaniyada təlim keçən Ukrayna hərbçilərinə baş çəkəcək. Britaniyanın "Teleqraf" nəşrinin məlumatına görə, Ukrayna lideri müdafiə naziri Ben Uolles və Müdafiə Nazirliyinin digər yüksək rütbəli rəsmiləri ilə görüşəcək.

Bu, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Zelenskinin Böyük Britaniyaya ilk səfəridir. Ötən ilin noyanrında Böyük Britaniyanın baş naziri Rişi Sunak Kiyevə gəlib və burada prezident Vladimir Zelenski ilə görüşüb. Bu, onun baş nazir kimi ilk səfəri olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu