Avropa İttifaqı Rusiyaya qarşı onuncu sanksiyalar paketini hazırlayır


Avropa İttifaqı Rusiyaya qarşı onuncu sanksiyalar paketini hazırlayır.


AFN.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Bildirilir ki, təşkilatın Rusiyanın onlarla fiziki və hüquqi şəxsinə, o cümlədən siyasətçi və hərbçilərinə tətbiq olunacaq onuncu sanksiyalar paketini gələn həftə açıqlayacağı gözlənilir. Sanksiyalar siyahısına Rusiyanın “Alfabank”, “Rosbank”, “Tinkoffbank” və Rusiya Milli Sərvətlər Fondu (NWF) kimi qurumlar daxil edilə bilər. Yeni paket texnologiya, ağır avtomobillər, elektronika daxil olmaqla, Rusiya ordusunun istifadə etdiyi mallara geniş ticarət məhdudiyyətlərini nəzərdə tutur.

Sanksiya tədbirlərini getdikcə sərtləşdirən təşkilat hesab edir ki, Rusiya vətəndaşları Avropanın mühüm müəssisə və təşkilatlarında rəhbər vəzifə tutmaları məhdudlaşdırılmalıdır. Bloombergin öz mənbələrinə istinadən məlumatında bildirilir ki, təklif olunan tədbirlər bu həftə Aİ-yə üzv dövlətlərin müzakirəsinə çıxarılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu